"Turan Tovuz" - "Fənərbağça" yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.
Oxu.Az xəbər verir ki, Birbilet.az saytından istəyiniz sektor və yeri seçməklə onlayn şəkildə biletləri əldə edə bilərsiz.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Turan Tovuz" - "Fənərbağça" oyunu 3 oktyabr tarixində saat 20:00-da başlayacaq.
Qeyd edək ki, 3, 4, 5, 6-cı sektorlar "Turan Tovuz", 23, 24, 25 və 26-cı sektorlar "Fənərbağça" fanklubları üçün nəzərdə tutulub.

Qaynar xətt:
(055) 224 12 12