"Turan Tovuz" futbolçusu Veysəl Rzayevlə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2022/2023 mövsümündən "Turan Tovuz"un şərəfini qoruyan yarımmüdafiəçi bu müddət ərzində Premyer Liqada 79 oyunda meydana çıxıb və iki qolla yadda qalıb.