Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkiyə Super Kuboku matçı Bakıda keçirilə bilər
“Beşiktaş” və “Konyaspor” komandaları arasında futbol üzrə Türkiyə Super Kuboku matçı avqustun 6-da Bakıda keçirilə bilər.
Oxu.Az-ın “Report”a istinadən məlumatına görə, bu barədə “qara qartallar”ın prezidenti Fikrət Orman açıqlama verib.
O bildirib ki, bunu ona “Konyaspor”un prezidenti Ahmet Şan deyib: “Mən Şanı Türkiyə Kubokunu qazanmaları münasibətilə təbrik etdim. O isə Super Kubok matçının Bakıda keçiriləcəyini bildirdi. Soruşdu ki, bundan xəbərin var? Xəbərsiz olduğumu bildirdim”.
Ardıcıl ikinci mövsüm çempion olan “Beşiktaş”ın prezidentinin fikrincə, oyunun Bakıda təşkili çox yaxşı olardı. O, Azərbaycanda oynamaq istədiklərini əlavə edib.
Qeyd edək ki, Türkiyə Super Kuboku qarşılaşmalarının Bakıda keçiriləcəyinə dair iddialar əvvəlki illərdə də ortaya atılıb. Amma bu, heç vaxt gerçəkləşməyib.
N.О.
"Bakı" teqi üzrə xəbərlər
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR
- "Bakıda üç gündür aşan yol nişanı təmir edilmir" - Şikayət