“Maşın” şouda səs-küylü görüntüləri ilə sosial şəbəkəni bir-birinə vuran Pərvin Abıyava xanım həmkarları tərəfindən tənqid olunub.
Oxu.Az xəbər verir ki, Türkiyədə yaşayan aktrisa, aparıcı Tunay Əliyeva P.Abıyeva ilə bağlı Yenicag.az-a açıqlama verib.
“Maşın” şouda o, nə həyasızlıq idi? Utanmadan efirdə söyüş söyürdü. Biabırçılıq idi. Əslində, o, orada kimliyini ortalığa qoydu. Efirdə ona-buna “qardaş, qardaş” deməsi ilə milləti özünə güldürdü. Biz bağçada deyilik, Pərvin də bizim müəllimimiz… Nə də heç kim çörəyi qulağına yemir. O, aktrisa kimi sıfırdır. “Pərvin” deyəndə mənim ağlıma aktrisa yox, sadəcə olaraq 1000 manat gəlir. Onun ayrı işi var, gedib öz işi ilə məşğul olsun. Hamı bilir o, nə işlə məşğul olur. Bundan sonra 100 il də keçsə, aktrisa ola bilməyəcək, çünki aktrisa olmaq üçün istedad gərəkdir. O da onda yoxdur”, - deyə T.Əliyeva bildirib.
A.S.
www.oxu.az