Türkiyə Super Kubokunun yeri müəyyənləşib.
Oxu.Az-ın Apasport.az-a istinadən məlumatına görə, həlledici qarşılaşma Samsunda baş tutacaq.
TFF bir müddət əvvəl matçın ölkə xaricində keçirilməsini planlaşdırırdı ki, variantlar arasında Bakı da var idi. Lakin son çempion “Beşiktaş”la ölkə kubokunun qalibi “Konyaspor”un Samsunda yeni inşa edilən stadionda üz-üzə gəlməsi qərara alınıb.
Matç avqustun 7-də baş tutacaq.
S.B.
www.oxu.az