Fransada keçirilən futbol üzrə Avropa çempionatında “D” qrupunun üçüncü turunun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, Lans şəhərinin “Bollar-Delelis” stadionunda Türkiyə və Çexiya yığmaları qarşılaşıblar. Oyun Fatih Tərimin yetirmələrinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 10-cu dəqiqədə Burak Yılmaz açıb. 65-ci dəqiqədə Ozan Tufan komandasının üstünlüyünü iki topa çatdırıb.
Paralel keçirilən oyunda Xoravatiya yığması İspaniyanı 2:1 hesabı ilə məğlub edib və “D” qrupunun lideri kimi 1/8 final mərhələsinə yüksəlib. İspanlar 6 xalla ikinci pillədən play-off mərhələsinə vəsiqə qazanıblar.
Xallarının sayını üçə çatdıran Türkiyə yığmasının növbəti mərhələyə yüksəlməsi digər qruplardakı mübarizənin nəticələrindən asılı olacaq.
Belə ki, Türkiyənin növbəti mərhələyə adlaması üçün, sabah “E” qrupu çərçivəsində keçiriləcək İtaliya-İrlandiya və Belçika-İsveç qarşılaşmalarında ikincilər qələbə qazanmamalıdırlar.