Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində Fransanın “Lyon” və Türkiyənin “Beşiktaş” komandaları arasındakı ilk oyun nəzərdə tutulduğu vaxtdan 45 dəqiqə sonra start götürüb.
Oxu.Az-ın məlumatına görə, buna səbəb tribunada iki komandanın azarkeşləri arasında baş vermiş insident olub.
23:31
Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Lyon” – “Beşiktaş” oyununun start fiti qeyri-müəyyən müddətə təxirə salınıb.
Oxu.Az-ın xəbərinə görə, buna səbəb türk azarkeşlərinin “Park Olimpik Lyon” stadionunda törətdikləri iğtişaşlar olub.
Türkiyəli fanatların “Lyon” azarkeşlərinə tərəf pirotexniki vasitələr atmasından sonra, sonuncular meydançaya tərəf qaçmağa başlayıblar.
Qeyd edək ki, “Lyon” – “Beşiktaş” matçı saat 23:05-də başlamalı olsa da, hadisələr səbəbindən gecikir.
S.B.
www.oxu.az