UEFA Çempionlar Liqasında 2025/26 mövsümünün Liqa mərhələsinin ikinci turundan sonra bombardirlərin siyahısına fransalı hücumçu Kilian Mbappe başçılıq edir.
Oxu.Az xəbər verir ki, "Real Madrid" klubunun ulduz hücumçusu bu müddət ərzində beş qol vurub.
"Bavariya"dan Harri Keyn dörd, "Ayntraxt Frankfurt"dan Conatan Burkardt, "Nyukasl Yunayted"dən Entoni Qordon,"Mançester Siti"dən Erlinq Holand isə hərəyə üç qol vurublar.
Liqa mərhələsinin 2-ci oyun günündən sonra iki qol vuran on bir oyunçu var.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində III turun oyunlarına oktyabrın 21-də start veriləcək.