Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

UEFA Çempionlar Liqası: "Neftçi" ilk oyununda məğlub olub
"Neftçi"nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb.
Oxu.Az-ın məlumatına görə, turnirin I mərhələsində Avstriyanın "Sankt-Pölten" klubu ilə üz-üzə gələn Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 0:5 hesabı ilə uduzub.
Qarşılaşma Gürcüstanın Tsxaltubo şəhərində keçirilib.
Qeyd edək ki, II qrupda "Vlajniya" ( Albaniya) və "Lançxuti" (Gürcüstan) komandaları də yer alıblar. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılaşacaqlar.
Bu gün "Neftçi"nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv turnirin birinci mərhələsində Avstriyanın "Sankt-Pölten" klubu ilə qarşılaşacaq.
Gürcüstanın Tsxaltubo şəhərində keçiriləcək görüşə Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Qeyd edək ki, II qrupda "Vlajniya" (Albaniya) və "Lançxuti" (Gürcüstan) komandaları də yer alıblar. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılaşacaq.
"Neftçi PFK" teqi üzrə xəbərlər
- Premyer Liqa: XXXII turun sonuncu oyununda "Neftçi" "Sumqayıt"la üz-üzə gələcək
- Azərbaycan Premyer Liqasının növbəti turunun hakim təyinatları AÇIQLANDI
- Samir Abasov azarkeşlərdən üzr istədi
- Azərbaycan kuboku: "Qarabağ"ın finalda rəqibi "Sabah" oldu
- Futbolçularımız niyə qol vura bilmirlər? - Premyer Liqada acınacaqlı mənzərə