UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qalib gələn "Qarabağ" növbəti mərhələyə vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.
Yeganə qol 44-cü dəqiqəyə təsadüf edib. Qonaqların heyətində Con Martin avtoqol müəllifi olub. 68-ci dəqiqədə meydan sahiblərinin heyətində Kadi Borges əllə oyuna görə təyin edilən penaltini qola çevirə bilməyib.
Qeyd edək ki, Dublində baş tutan ilk oyunda "köhlən atlar" 3:0 hesablı qələbəyə sevinmişdi.
Beləliklə, iki görüşün nəticəsinə əsasən "Şelburn"u mübarizədən kənarlaşdıran "Qarabağ" adını III təsnifat mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinə gedən yolda "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Daha çox foto burada: PhotoStock.az
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçında hesab açılıb.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ağdamlılar hesabda irəli çıxıblar.
44-cü dəqiqədə "Şelburn"un oyunçusu Ceyms Norris avtoqol müəllifi olub.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Qarabağ" İrlandiyanın "Şelburn" klubu ilə qarşılaşır.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşü italiyalı hakim Andrea Kolombo idarə edir.
Qeyd edək ki, tərəflər arasında ilk görüş "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparan "Qarabağ" bu gün növbəti mərhələyə yüksəlmək uğrunda İrlandiyanın "Şelburn" klubu ilə üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, səfərdən 3:0 hesablı qələbə ilə ayrılan təmsilçimiz Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə meydana saat 20:00-da çıxacaq.
Qeyd edək ki, "Qarabağ" - "Şelburn" (İrlandiya) cütünün qalibi növbəti mərhələdə "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.
30 iyul
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi
Saat 20:00, "Qarabağ" - "Şelburn".