UEFA Konfrans Liqasının II təsnifat mərhələsində mübarizə aparan klublarımız bu gün cavab matçı üçün meydana çıxacaqlar.
Oxu.Az xəbər verir ki, "Sabah" doğma meydanda "Petrokub"u qəbul edəcək. "Araz-Naxçıvan" "Aris"lə, "Zirə" isə "Hayduk"la səfər matçında meydana çıxacaq.
Qeyd edək ki, təmsilçilərimizdən "Sabah" (3:1) və "Araz-Naxçıvan" (2:1) rəqiblərini məğlub ediblər. "Zirə" isə doğma meydanda 1:1 hesablı heç-heçəyə razılaşıb.
31 iyul
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi
Saat 20:00, "Sabah" - "Petrokub";
Saat 22:15, "Aris" - "Araz-Naxçıvan";
Saat 23:00, "Hayduk" - "Zirə".