Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
UEFA-nın rəsmi saytında "Qarabağ" - "Ayaks" oyununun nəticəsi ilə bağlı sorğu keçirilir
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun Bakıdakı "Qarabağ" - "Ayaks" matçının favoriti ilə bağlı səsvermə qurumun rəsmi saytına yerləşdirilib.
Oxu.Az xəbər verir ki, azarkeşlərin qatıldığı sorğuda "Qarabağ" bu matçın favoriti hesab olunur. Onların 67 faizi Azərbaycan çempionunun qələbəsinə inanır. Niderland klubunun qalib gələcəyinə səs verənlər isə 27 faiz təşkil edir. Heç-heçə variantına isə azarkeşlərin 6 faizi üstünlük verib.
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" matçı saat 20:45-də başlayacaq.
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- Səudiyyə Ərəbistanından olan futbolçu Avropa Liqasının tarixinə düşüb
- "Qarabağ" ən çox qol buraxan komandalar siyahısında qərarlaşıb
- UEFA Avropa Liqası ilə vidalaşan ilk komanda bəlli olub
- "Qarabağ"ın məğlubiyyəti Azərbaycanın UEFA-nın əmsallar cədvəlində yerinə təsir etdi
- UEFA Avropa Liqası: "Qarabağ" səfərdə "Elfsborq"a məğlub oldu
Ən çox oxunanlar
Rəylər