Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

UFC-də gecənin döyüşləri - AFİŞA
Bu gecə Mütləq Döyüş Çempionatının (UFC) azarkeşlərini beş maraqlı döyüş gözləyir.
Oxu.Az xəbər verir ki, orta ağır çəki dərəcəsində rusiyalı döyüşçü Şarabutdin Maqomedovla polşalı döyüşçü Mixal Olekseyçuk üz-üzə gələcək. Gecənin digər görüşlərində ABŞ-dən Toni Ferqyusonla Mayk Kyeza, Kolumbiyadan Marion Vera, braziliyalı Deyvison Fiquerdo ilə qarşılaşacaq. Qadın döyüşçülərdən isə ABŞ-li Makenzi Dernlə meksikalı Lupitan Godines məsələyə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, gecənin ən maraqlı döyüşündə isə ABŞ-li Kori Sandqen rusiyalı döyüşçü Umar Nurmaqomedovla üz-üzə gələcək.
"Mütləq Döyüş Çempionatı (UFC)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar