Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Türkiyədə "Instagram" niyə bağlanıb və hansı halda açıla bilər?
Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTK) tərəfindən "Instagram"ın bloklanmasının səbəbi açıqlanıb. Bildirilib ki, radikal qərar "kataloq cinayətlər" kimi müəyyən edilən qaydalara uyğun olmadığı üçün verilib.
Oxu.Az-ın verdiyi məlumata görə, müvafiq qərar BTK-nın sayt məlumatları sorğu səhifəsində yerləşdirilib.
Səlahiyyətlilər qadağanın nə vaxt ləğv ediləcəyinin "Instagram"ın mövqeyindən asılı olduğunu bildiriblər. Bunun nə qədər davam edəcəyi barədə hələ açıqlama verilməyib.
Qeyd edək ki, "kataloq cinayətlər" - uşağa qarşı cinsi istismar, intihara təhrik etmə, Atatürkə təhqir kimi məzmunların çıxarılmasında çətinliyi ehtiva edir.
Xatırladaq ki, Türkiyədə aprelin 29-dan "Threads"ə qadağa qoyulub.
Rəylər