Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ulduz oyunçu 500 milyon dollarlıq müqavilə imzaladı
"Toronto Blue Jays" lideri Vladimir Gerrero Junior ilə yeni 14 illik müqavilə ilə bağlı razılığa gəlib.
Oxu.Az xəbər verir ki, bu müddət ərzində beysbolçu 500 milyon dollar qazanacaq. Bununla da klub əsas ulduzunu uzun müddət komandada saxlamaq istədiyini nümayiş etdirib.
26 yaşlı Gerrero 2018-ci ildən "Toronto"da çıxış edir. O, 4 dəfə "All Star" komandasına seçilib və 2021-ci il mövsümündə "Qızıl Əlcək" mükafatını qazanıb.
Qeyd edək ki, dominikanlı idmançı ötən əsrin 90-cı illərinin beysbol ulduzu Vladimir Gerreronun oğludur. Onun atası doqquz dəfə "All Star"a seçilib.
Ən çox oxunanlar