Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ule Qunnar Sulşer adını "Beşiktaş" klubunun tarixinə yazdırıb
"Beşiktaş"ın baş məşqçisi Ule Qunnar Sulşer klubun tarixinə düşüb.
Oxu.Az xəbər verir ki, bu, Türkiyə Superliqasının 34-cü turunda komandasının İstanbul derbisində səfərdə "Fənərbağça"ya 1:0 hesabı ilə qalib gəlməsi nəticəsində baş verib.
Norveçli mütəxəssis "ağ-qaralar"ın tarixində "Qalatasaray", "Fənərbağça" və "Trabzonspor"la Superliqa matçlarının hamısında qalib gələn ilk məşqçi olub.
Qeyd edək ki, Sulşerin dönəmində İstanbul nəhəngi "Trabzonspor" və "Qalatasaray"ı eyni hesabla məğlub edib -2:1.
"Ule Qunnar Sulşer" teqi üzrə xəbərlər
Ən çox oxunanlar