Sonuncu iş yeri Şimali Makedoniyanın “Şkupi” klubu olmuş Türkiyəli baş məşqçisi Ümit Karan məşqçilik karyerasını vətənində davam etdirəcək.
“Anadolu” agentliyi xəbər verir ki, “Qalatasaray” klubunun sabiq futbolçusu Türkiyənin birinci liqasında çıxış edən “Menemenspor” klubu ilə razılıq əldə edib.
Ü.Karan qeyd edib ki, Türkiyədə onun xidmətlərindən bir çox klub maraqlı olsa da, “Menemenspor”un təklifi və klubdaxili vəziyyət onu daha çox qane edib.