Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Xabi Alonso XXI əsrin Bundesliqa məşqçiləri arasında rekord qırdı](https://images.oxu.az/2025/02/09/ADOvUJpXgld1M9Oa2EJWi7q6J1UMqZS9tqxiIZH1:1200.jpg)
Xabi Alonso XXI əsrin Bundesliqa məşqçiləri arasında rekord qırdı
"Bayer" Bundesliqanın 21-ci turunda səfərdə "Volfsburq"la 0:0 hesabı ilə heç-heçə edib. Bu nəticə sayəsində "əczaçılar" Almaniya çempionatında səfər matçlarında məğlubiyyətsizlik seriyasını 27 oyuna qədər uzadıblar.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, Leverkuzen komandası Bundesliqada səfərdə sonuncu dəfə 2022/2023 mövsümündə məğlub olub. O zaman 34-cü turda Xabi Alonsonun komandası "Bohum"a 0:3 hesabı ilə yenilib. Həmin oyun 27 may 2023-cü ildə baş tutub.
Beləliklə, 43 yaşlı ispan mütəxəssis Bundesliqa komandasının məşqçisi kimi səfərdə 27 oyundur uduzmur.
Bu nailiyyətə Bundesliqada yalnız Udo Lattek imza atıb. Onun uğuru iki komandada işlədiyi dövrdə qeydə alınıb: "Bavariya" (1983-1987) və "Şalke" (1992/1993 mövsümü).
"Xabi Alonso" teqi üzrə xəbərlər
- Xabi Alonso rekordun bir addımlığındadır
- "Globe Soccer Awards" 2024-cü ilin ən yaxşı klubu adına namizədlərin siyahısını açıqlayıb
- "Real Madrid"in əsas heyətinə düşə bilməyən Arda Güler Almaniya çempionuna keçə bilər
- İlin ən yaxşı klub baş məşqçisi mükafatına namizədlər bəlli olub
- "Real Madrid" Ançelottiyə varis tapdı
Rəylər