Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Ekvadorda prezident və parlament seçkisi keçirilir](https://images.oxu.az/2025/02/09/qJSo0RNdZddtpZts7jttUNNN8weIp1SfjzeQauoq:1200.jpg)
Ekvadorda prezident və parlament seçkisi keçirilir
Ekvadorda prezident və parlament seçkisi keçirilir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, ali dövlət vəzifəsinə 16 namizəd, o cümlədən hazırkı Prezident Daniel Noboa var.
Onun əsas rəqibi, solçu "Vətəndaş İnqilabı" hərəkatının namizədi və keçmiş Prezident Rafael Korreanın (2007-2017) hökumətində müxtəlif vəzifələrdə çalışmış Luiza Qonsalesdir.
"Ipsos" sosioloji araşdırma mərkəzi tərəfindən açıqlanan ictimai rəy sorğusunun nəticələrinə görə, Noboa üçün 45,5%, Qonsales üçün isə 31,3% seçici səs verməyə hazırdır. Qalibiyyət üçün mütləq səs çoxluğu və ya ən azı 40% səs toplamaq lazımdır, lakin ən yaxın rəqibdən ən azı 10 faiz bəndi fərqi olmalıdır. Əgər 9 fevral tarixində heç bir namizəd lazımi dəstəyi əldə edə bilməsə, 13 apreldə ölkədə ikinci tur seçki keçiriləcək.
Ekvador vətəndaşları bu gün həmçinin birpalatalı parlamentin 151 deputatını seçməli olacaqlar.
"Ekvador" teqi üzrə xəbərlər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Ekvadorda həbsxanada qiyam baş verib: Ölənlər var
- Həbsxanaya dronlu hücumun görüntüləri Ekvador hökumətinin yalanını ortaya çıxardı
- Ekvadorda prezident vitse-prezidenti dövlətə xəyanətdə ittiham edib
- Zəlzələlərin "xəbərçisi" siyənək kralı balığı sahildə tapıldı: Ekvadorlular təşvişdə
Rəylər