Argentina Prezidenti Xavyer Miley 2026-cı il dünya çempionatının (DÇ-2026) final matçındakı məğlubiyyətdən sonra milli komandaya göstərdiyi əzmkarlığa görə təşəkkür edib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkə başçısı sosial şəbəkə hesabında məlumat verib.
"Oyunçulara çox böyük təşəkkür düşür! Siz sonadək mübarizə apardınız. Argentina hər zaman zirvədədir", - deyə Miley bildirib.
Qeyd edək ki, DÇ-2026-nın finalında İspaniya yığması Argentina üzərində 1:0 hesablı ilə qələbə qazanıb.
Qaynar xətt:
(055) 224 12 12