“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov koronavirusdan yatdığı modul tipli xəstəxanadan evə buraxılıb.
Bu barədə Oxu.Az-a klubun mətbuat xidmətinin rəhbəri Murad Axundov məlumat verib.
O bildirib ki, Yunis Hüseynovun müalicəsi bitib və özünü hazırda çox yaxşı hiss edir.
Qeyd edək ki, Yunis Hüseynovun dekabrın 16-da koronavirusa yoluxduğu və səhhəti ağır olduğu üçün xəstəxanaya yerləşdirildiyi məlum olmuşdu.
Səbuhi Musayev