“Qarabağ”ın qış hazırlıq planı məlum olub.
Komanda Azərbaycan Premyer Liqasının XIV turunda qarşılaşacağı “Sabah”la matçın hazırlıqlarına yanvarın 8-i klubun Suraxanıda yerləşən bazasında start götürəcək.
Ağdam komandası qış fasiləsində bir yoxlama oyunu keçirəcək və yanvarın 14-də “Zirə”ylə qarşılaşacaq.
Qeyd edək ki, “Sabah” – “Qarabağ” matçı yanvarın 21-də keçiriləcək.