Müqavilə müddəti başa çatan 37 yaşlı qapıçı Yann Sommerin "İnter"dən ayrıldığı rəsmən təsdiqlənib.
Oxu.Az xəbər verir ki, bu barədə Milan təmsilçisi rəsmi məlumat yayıb.
İsveçrəli qolkiper üç mövsüm çıxış etdiyi və dörd titul qazandığı İtaliya klubunda karyerasına yekun vurub.
"İnter"in şərəfini qoruduğu müddətdə Sommer bütün yarışlarda ümumilikdə 139 matçda meydana çıxıb və 120 qol buraxıb. Təcrübəli qapıçı 66 görüşdə qapısını toxunulmaz saxlamağa nail olub.
İsveçrəli qolkiper "İnter"lə rəsmi müqaviləyə 2023-cü ilin avqustunda imza atmışdı. O, Milan klubunda iki dəfə A Seriyasının, İtaliya Kubokunun və ölkə Superkubokunun qalibi olub. Təcrübəli qapıçı karyerası ərzində "Bazel", "Qrasshopper", "Borussiya Münhenqladbax" və "Bavariya" kimi klublarda da çıxış edib.