İspaniyanın Marina Dor şəhərində keçirilən yeniyetmə taekvondoçular arasında Avropa birinciliyinin ilk günündə Azərbaycanın medallarının əyarı müəyyənləşib.
Oxu.Az xəbər verir ki, dayanq üzərinə çıxan Zemfira Həsənzadə (-29 kq) və Pünhan Mürsəlov (-41 kq) gümüş medala, Şamil Mirzəyev (-33 kq) isə bürünc medala sahib olub.
1 oktyabr, 19:46
Bu gün İspaniyanın Marona Dor şəhərində yeniyetmələr arasında təşkil edilən Avropa birinciliyinə start verilib.
Oxu.Az xəbər verir ki, yarışda iştirak edən komandamızın altı üzvü mübarizəyə qatılıb.
Artıq qitə birinciliyində uğurlu çıxış edən millimizin üzvlərindən üçü medala sahib olub. Belə ki, 29 kq çəki dərəcəsində yarışa qatılan Zemfira Həsənzadə və Pünhan Mürsəlov (-41 kq) artıq finala, Şamil Mirzəyev (-33 kq) isə yarımfinala vəsiqəni təmin edib.
Digər idmançılarımızdan Fatimə Həsənova (-37 kq), Nihat Məmmədzadə (-37 kq) və Kənan Əmiraslanov (-45 kq) yarışı müxtəlif mərhələlərdən dayandırmalı olublar.