Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yusuf Ən-Nəsiri adını "Fənərbağça" klubunun tarixinə yazdırıb
Türkiyə Superliqasının XXVI turu çərçivəsində "Fənərbağça" "Antalyaspor"u üç cavabsız qolla məğlub edib.
Oxu.Az xəbər verir ki, sonuncu qolu "sarı-lacivərdlilər"in heyətində mərakeşli forvard Yusuf Ən-Nəsiri vurub.
Ardıcıl al ev matçında fərqlənən forvard bu nəticə ilə İstanbul təmsilçisinin tarixinə düşüb.
Xatırladaq ki, sonuncu dəfə bu seriyanı "Fənərbağça"nın ulduz futbolçusu Aleks De Souza 19 il əvvəl (2006) bacarmışdı.
Qeyd edək ki, Yusuf bu mövsüm Superliqa təmsilçisinin heyətində çıxış etdiyi 39 rəsmi qarşılaşmada 26 qol, beş assistlə yadda qalıb.
"Fənərbağça FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar