Lionel Messinin çıxış etdiyi "İnter Mayami" MLS-in növbəti turunda evdə "Los-Anceles Qalaksi"yə 3:1 hesabı ilə qalib gəlib.
Oxu.Az-ın xəbərinə görə, Messi zədədən sonra çıxdığı ilk oyunda növbəti qolunu vurub.
Ev sahiblərindən digər qolları Jordi Alba və Luis Suares vurublar.
Bu, "İnter Mayami"nin MLS-də son dörd oyunda ikinci qələbəsidir.
Qeyd edək ki, Messi bu mövsüm liqada 19 görüşdə 19 qol vurub.
Zədədən sonra ilk matçına çıxan Messi baxımlı qol vurdu