Azərbaycanın “Zirə” klubu Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
Oxu.Az-ın məlumatına görə, səfərdə Rumıniyanın “Astra” komandasının qonağı olan qəsəbə təmsilçisi 3:1 hesabı ilə məğlub olub.
Meydan sahiblərinin heyətində Aleksandru İonita, Aleksandru Dandea və Le Tallek, müvafiq olaraq 31, 55 və 74-cü dəqiqələrdə fərqləniblər.
“Zirə”nin yeganə qolunun müəllifi Rəşad Sadiqov olub.
Cavab qarşılaşması iyulun 20-də Bakıda keçiriləcək.
S.B.
www.oxu.az