“Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması istiqamətində aparılan işlərin bu il yekunlaşdırılması nəzərdə tutulub”.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əhmədov bildirib.
O qeyd edib ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin gələn ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulub.
Həmin sənədin vəsiqəsinin çipinə elektron imza sertifikatları tətbiq ediləcək.
U.A.
www.oxu.az