“Expressbank” milli valyutada 30000 AZN-dək nağd pul kreditləri təklif edir. Kreditə girov qismində dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış sahəsi çıxış edə bilər.
İllik faiz dərəcəsi 22%-dən başlayan əmlak girovlu kreditlər müştərilərə 36 ayadək müddətə təklif olunur. Məhsulun xüsusi üstünlüyü ondan ibarətdir ki, 15000 AZN-dək kreditlərdə gəlirləri təsdiq edən rəsmi sənəd də tələb olunmur. Müştərilər bu vəsaiti ev təmiri, avtomobil alınması və digər iri ehtiyaclarının ödənilməsinə sərf edə bilərlər.
Xatırladaq ki, “Expressbank” müxtəlif istiqamətlərdə kredit məhsulları təklif edir. Belə ki, əmlak girovlu kreditlərindən əlavə, özəl və dövlət sektorunda çalışan işçilər üçün nağd pul istehlak kreditləri, mikrokreditlər, “Smilecard” taksit kartı, “Expresso” kredit kartı və s. məhsullar mövcuddur.
Müştərilərinin məmnuniyyətini daim gündəmdə saxlayan “Expressbank”, həmçinin kreditərin rahat ödəmə vasitələrini də təqdim edir. “ExpressPay” ödəniş terminalları, “ExpressPay” mobil əlavəsi və www.expressbank.az saytında Şəxsi kabinet vasitəsilə müştərilər 24 saat ərzində kreditlərini ödəyə və ya hesablarında digər əməliyyatlar həyata keçirə bilərlər.
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 500-dən artıq “ExpressPay” ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
U.A.
www.oxu.az