“Cannaccord Genuity” şirkəti tədqiqatın nəticələrini nəşr edib. Nəticələrə görə, “Apple” və “Samsung” – smartfonların satışından daha çox gəlir əldə edən istehsalçılardır.
Oxu.Az xəbər verir ki, bu barədə “TheNextWeb” məlumat yayıb.
Mütəxəssislərin hesablamalarına görə, “Apple” smartfon bölməsindən 38% gəlir əldə edir. “Samsung”un gəliri isə 17%-dən ibarətdir. Reytində 3-cü yeri Çinin “TCL” istehsalçısı tutub, onun bu sahədəki gəliri 2%-dən ibarətdir.
Hesabatda adıçəkilən digər şirkətlər 2016-cı ilin ikinci rübündə smartfon istehsalı və satışından yalnız pul itiriblər. Antireytinqin lideri 22% zərərlə “Microsoft” və “HTC” olub.
Daha sonra reytinqdə 10 və 5% zərər ilə “Lenovo” və “LG” gəlir. “Blackberry” şirkəti istehsal və satışda 3%, “Sony” isə ziyanı sıfıra bərabərləşdirməyə müvəffəq olub.