Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ən sürətli interneti olan ölkələrin adı açıqlanıb
"Ookla" analitik şirkəti 2025-ci il yanvar ayı üçün ölkələr üzrə internet sürətinin reytinqini açıqlayıb.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, Sinqapur sabit genişzolaqlı internetin sürəti üzrə liderdir, mobil internetin sürəti üzrə isə lider Birləşmş Ərəb Əmirlikləridir (BƏƏ).
Sinqapurda yükləmə sürəti 336.45 Mbit/s-ə təşkil edib. Reytinqdə sonrakı yerləri BƏƏ (310.05 Mbit/s), Honkonq (305.71 Mbit/s), Fransa (287.44 Mbit/s) və İslandiya (281.95 Mbit/s) tutub.
Azərbaycan bu reytinqdə 66.91 Mbit/s göstərici ilə 90-cı yerdədir.
Suriya və Kuba orta yükləmə sürəti təxminən 3 Mbit/s olmaqla sonuncu yerdə qərarlaşıb.
İllik müqayisə göstərib ki, qlobal yükləmə sürəti 2024-cü ilin yanvar ayı (91.93 Mbit/s) ilə müqayisədə 5.7 Mbit/s artıb.
Mobil internet baxımından qlobal yükləmə sürəti 91,24 Mbit/s-ə çatıb. Bu göstərici əvvəlki illə müqayisədə (50 Mbit/s) iki dəfə artıb.
BƏƏ mobil internet reytinqinə 545.94 Mbit/s orta yükləmə sürəti ilə başçılıq edir. Daha sonra Qətər (521.51 Mbit/s), Küveyt (314.39 Mbit/s), Bolqarıstan (252.,05 Mbit/s) və Bəhreyn (213.09 Mbit/s) gəlir. Azərbaycan isə 70 Mbit/s sürətlə 54-cü yerdədir.