“Nar” bu dəfə “Yayın təklifi” kampaniyasına start verib. Bu fürsətdən yararlanan müştərilər 6 ay ərzində ümumilikdə 100 manat danışıq balansı və 600 MB internet trafiki əldə edəcəklər.
Kampaniya iyulun 29-dan avqustun 30-dək davam edəcək. Kampaniyaya qoşulmaq üçün “World Telecom” mağazalarından “Micromax BOLT Q383” və ya “Micromax BOLT S302” modellərindən birini almaq kifayətdir. Smartfonlar üçün sərfəli ödəniş şərtləri təyin edilib.
Müştərilər bu smartfonları ayda 9 manat (Micromax S302) və 12 AZN-dən (Micromax Q383) başlayan qiymətlərlə, faizsiz və 12 ayadək ödənişlə əldə edə bilərlər. Smartfonlar üçün 30 manat (Micromax S302) və 40 manat (Micromax Q383) ilkin ödəniş nəzərdə tutulub.
Bonusların aktiv edilməsi üçün balans hər ay ən az 5 manat nominalda artırılmalıdır. Bonusların qalığını yoxlamaq üçün *777#84#YES şifrəsini yığmaq və ya «I» yazıb 777 qısa nömrəsinə mesaj göndərmək lazımdır.
“Yayın təklifi” kampaniyası haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək olar.