"Apple" şirkətinin rəsmi distribütorları Hindistanın pərakəndə satıcılarını xəbərdar ediblər ki, idxal etdikləri yeni "iPhone" modelləri satın alınmasından sonrakı 90 gün ərzində xarici SIM kartlarla aktivləşdirilərsə, onlara ciddi cərimələr tətbiq oluna bilər.
Oxu.Az bildirir ki, bu barədə "MoneyControl" nəşri distribütorların pərakəndə satıcılara göndərdikləri bildirişə istinadən xəbər yayıb.
Məlumata görə, bu tədbir xüsusilə yeni "iPhone 17" smartfonlarının satışlarına aiddir. Qeyd edilir ki, distribütorlar "Apple" məhsullarının şirkətin rəsmi fəaliyyət göstərmədiyi bazarlara daxil olmasını məhdudlaşdırmaq üçün siyasətini dəyişiblər.
"90 günlük müddət ərzində satış məntəqənizdə satılan hər hansı bir cihaz xarici SIM kartla aktivləşdirilsə və ya istifadə olunarsa, satış məntəqənizə yüksək cərimə tətbiq olunacaq və mağaza kodu siyasətə uyğun olaraq bloklana bilər", - deyə bildirişdə vurğulanır.