Sizin ideya dünyanı dəyişə bilər, amma “deadline”a çatdırmırsınız? Biz sizə daha çox vaxt veririk!
“STEP IT Academy Azerbaijan” komandası sizin çoxsaylı xahişlərinizi nəzərə alaraq, beynəlxalq “Golden Byte 2017” çempionatına ərizə qəbulu müddətini uzadır. Siz öz ideyalarınızı fevral ayının 19-a qədər göndərə bilərsiniz.
Qeyd edək ki, “Golden Byte 2017” aparıcı IT şirkətlərin qarşısında öz layihənizi təqdim etmək üçün inanılmaz bir imkan, digər ölkələrin təmsilçiləri ilə təcrübə mübadiləsi və ən əsası, özünü və öz layihəni obyektiv qiymətləndirmək imkanıdır.
Bizim iştirakçılar dünyaca tanınmış şirkətlərdən iş təklifi, “start-up” layihələr isə fondlardan və biznes mələklərindən investisiyalar qazanırlar!
Azərbaycanda bizim layihəni Azərbaycan Respublikasının Təhsil Nazirliyi və çoxsaylı şirkətlər dəstəkləyir. Sizin uğurunuzu bizim media tərəfdaşlarımız işıqlandıracaq və qələbəniz xəbərini nəinki bütün ölkə və hətta Azərbaycanın sərhədlərindən kənarda belə biləcəklər! Partnyorlarımıza dəstəkləri üçün dərin təşəkkürümüzü bildiririk!
Məhz sənin ideyan IT dünyasında çevrilişə səbəb ola bilər! Cəsarətli ol, “Golden Byte 2017”
beynəlxalq IT çempionatında iştirak et!
Qeydiyyat və ideyaların qəbulu fevral ayının19-a qədər çempionatın rəsmi səhifəsində
açıqdır - http://goldenbyte.org.
U.A.
www.oxu.az