Yaponiyanın “Sony” şirkəti sentyabrın əvvəlində “PlayStation 4” oyun konsolunun iki versiyasını ictimaiyyətə təqdim edəcək.
“The Wall Street Journal” nəşrinin mənbələri yazır ki, yeni oyun konsollarından biri orijinal “PlayStation 4”-ün “slim” versiyasıdır. “PlayStation Neo” adlı ikinci versiya isə daha güclü texniki xüsusiyyətlərə malikdir.
Təxmin edilir ki, “4K” təsvir ölçüsü, həmçinin oyunlarda daha güclü qrafikanı dəstəkləyəcək.
Oxu.Az-ın məlumatına görə, “ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, belə yüksək keyfiyyətli təsvir virtual reallıq eynəyini dəstəkləyən layihələr (“PlayStation VR”) üçün lazımdır.
Orijinal “PlayStation 4” 2013-cü ilin noyabrında satışa çıxarılıb və o vaxtdan etibarən 40 milyondan çox nüsxəsi satılıb.