Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kişilərdə xərçəng xəstəliyinin altı əlaməti
Cancer Research UK təşkilatının mütəxəssisləri kişilərdə xərçəng xəstəliyinin əsas əlamətlərini açıqlayıblar.
“Daily Express” nəşrinin məlumatına görə, həkimlər hesab edirlər ki, sidik və nəcisdə qan izləri sidik kisəsi yaxud bağırsaq xərçənginin göstəricisi ola bilər.
Eyni zamanda döş formasının dəyişikliyi, döş giləsindən ifrazat döş xərçənginin əlaməti sayıla bilər.
Mütəxəssislər dayanmadan öskürən kişilərə də həkimə müraciət etməyi məsləhət görürlər. Öskürək zamanı tüpürcəkdə qan izləri varsa, bu, təhlükəli xəstəliyin göstəricisi sayılır.
Həmçinin qəflət arıqlama, sidiyə gedərkən yaranan problemlər, eləcə də testikul formasının və ölçülərinin dəyişməsi müşahidə olunarkən dərhal həkimə müraciət etmək tövsiyə edilir.