Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dünyanın ən bahalı boyunbağıları: TOP 10
Qadınların zinət əşyalarını sevdikləri heç kimə sirr deyil. Lakin bu zərgərlik məmulatlarının bəziləri olduqca bahadır. Aşağıda dünyanın ən bahalı 10 boyunbağısı haqqında danışacağıq.
1. “Heritage in Bloom”
Dəyəri: $200 mln
383,4 karatlıq brilyant və jadeitli boyunbağıya “Heritage in Bloom” adı verilib. Onun hazırlanması üçün 11551 brilyant lazım olub.
Kompozisiyanın mərkəzində 104 karat ağırlığında heyrətamiz almaz var. 23 digər qüsursuz və şəffaf brilyantla birlikdə, təraşlanmamışdan qabaq 507,55 karatı ağırlığında olan “Cullinan Heritage” almazından kəsilib.
2. “Incomparable”
Dəyəri: $55 mln
O, Livanın “Mouawad” zərgərlik brendi tərəfindən 2013-cü ildə hazırlanıb. “Incomparable”in dəyəri 55 mln dollardır və 637 karat ağırlığındadır. Kompozisiyanın mərkəzində 407,48 karat ağırlığında qüsursuz sarımtıl-qəhvəyi rəngli brilyant yerləşir.
Daş 91 şəffaf brilyantla bəzədilmiş üzüm salxımı formasında olan qızıl ipdən asılıb.
3. “Heart of the Ocean”
Dəyəri: $20 mln
"Okeanın ürəyi" boyunbağısını zərgər Harri Vinston çoxlarımızın sevdiyi “Titanik” filminə baxaraq hazırlayıb.
Boyunbağının mərkəzi hissəsində 13,75 karat ağırlığında ürək formasında təraşlanmış, olduqca nadir tünd-göy rəngdə brilyant var.
4. “Heart of the Kingdom”
Dəyəri: $14 mln
“Heart of the Kingdom” boyunbağısı ümumi ağırlığı 155 karat olan 150 şəffaf brilyant və 41karat ağırlığında tünd-qırmızı birma yaqutundan ibarətdir. O, məşhur zərgərlik şirkəti “Garrard” tərəfindən yaradılıb və rubinin sabiq sahibi britaniyalı zərgərin şərəfinə adlandırılıb.
5. Lev Levayevin sarı brilyantlarından ibarət boyunbağı
Dəyəri: $10 mln
Beşinci yerdə 77,12 karat çəkisi olan fantaziya sarı brilyantı olan boyunbağı yerləşir.
İsrail almaz maqnatı Lev Levayevin şəxsən özü onu öz şaxtalarından birində tapmışdı.
Təraşlanmış və qızıl və brilyantlardan hazırlanmış zəncirə asılmış bu daş hazırda 10 mln dollar dəyərindədir.
6. “Christie’s” brilyant boğunbağısı
Dəyəri: $8.14 mln
Bu unikal boyunbağı ümumi çəkisi 104,84 karat olan 52 dəyirmi brilyantdan düzəldilib. “Christie’s” hər daşın şəffaflığına və keyfiyyətinə zəmanət verir.
7.“Etsetera” birma yaqutu ilə boyunbağı
Dəyəri: $6,4 mln
Birmadan gətirilmiş yaqutlardan düzəldilmiş “Etsetera” Honkonqda 2013-cü ilin noyabrında “Christie’s” hərracında 6,4 mln dollara satılmaqla ən bahalı yaqutlu boyunbağı oldu.
Qiymətli daşların (yaqut və brilyantların) ümumi çəkisi 87,78 karatdır.
8. “Mrs. Winston” boyunbağısı
Dəyəri: $5,8 mln
Bu boyunbağını Cesika Alba 2013-cü ildə “Qızıl Qlobus” mükafatlarının təqdimat mərasiminə taxmışdı.
“Mrs. Winston” ümumi çəkisi 187,5 karat olan əsasən armudvari formalı və aşağı hissədə üç ədəd iri yüksək keyfiyyətli brilyantdan ibarətdir.
9. “Red Scarlet”
Dəyəri: $5,1 mln
Bu möhtəşəm boyunbağı müxtəlif çəkidə (1,27-dən 5,38 karatadək) olan 26 tünd-qırmızı birma yaqutundan ibarətdir. Bu yaqutların hər biri armudvari formalı şəffaf brilyantlarla əhatə olunub.
Daşlar yerləşməsinə görə gül çələnginə bənzəyirlər. Boyunbağıda platin və ağ qızıl da istifadə edilib.
10. “Christie’s”dən olan brilyanlı kulon
Dəyəri: $4,8 mln
2001-ci ildə hərracda satılan “Christie’s”dən olan brilyantlı kulon möhtəşəm armudvari və daha xırda yumru brilyantdan hazırlanıb. Bu zərf və ecazkar kulona ağ qızıldan hazırlanmış sadə zəncir mükəmməl yarayır.
Bu zərgərlik məmulatının əsas brilyantı düz 47,49 karat ağırlığındadır.
"İsrail" teqi üzrə xəbərlər
- İsrail Prezidenti Azərbaycana başsağlığı verib
- Yəmən husiləri Aşkelonda yerləşən elektrik stansiyasına zərbə endiriblər
- HƏMAS İsrailin razılaşma üçün tələbini yerinə yetirmədi: Girovları buraxmayacaq?
- İsrail Türkiyə ilə bağlı arzusuna çatır - Yaxın Şərqdə yeni konfiqurasiya
- Husilər Təl-Əviv yaxınlığına raket zərbəsi endirdilər