Azərbaycanın 2021-ci ildə neft və kondensat istehsalı ilə bağlı proqnoz açıqlanıb.
Oxu.Az-ın ABŞ-ın Enerji İnformasiya Agentliyindən əldə etdiyi məlumata əsasən, noyabr ayının cari proqnozuna görə, 2021-ci ildə Azərbaycanda neft və kondensat hasilatının gündəlik həcmi orta hesabla 730 min barel olacağı proqnozlaşdırılır.
ABŞ-ın Enerji İnformasiya Agentliyinin hesablamalarına əsasən, 2020-ci ildə Azərbaycanda gündəlik neft və kondensat istehsalatı orta hesabla 710 min barel olacaq. Bununla da Azərbaycanın 2021-ci ildə hasilatı artıracağı gözlənilir.
Nigar Məmmədova