Azərbaycan Mərkəzi Bankı (AMB) "Finoko" ASC bank olmayan kredit təşkilatına (BOKT) icrası məcburi göstəriş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, BOKT bu ilin I rübü üzrə prudensial tələblərə dair hesabatları "Bank olmayan kredit təşkilatları haqqında" qanunun 24.2-ci maddəsinin tələblərini pozaraq təqdim etməyib. Odur ki, qanunun 25.1.5-ci maddəsinin tələbləri rəhbər tutularaq hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.