Son iki həftə ərzində dünya maliyyə bazarlarında dolların dəyərinin aşağı düşməsi, müfaviq olaraq onun manata nisbətən zəifləməsi və qızılın qiymətinin yalnız yerli bazarda kəskin artması hazırlanmış antiböhran modellərinin bu gün üçün etibarsızlığını açıq-aydın göstərib.
Meydana çıxan tendensiyalar sahibkarları çaşqınlığa salmışdır, çünki son bir il ərzində milli valyutanın davamlı olaraq zəifləməsi müşahidə olunurdu və bir çoxları pullarını xarici valyutaya çevirir, bu yolla yığdıqlarını qorumağa və hətta artırmağa ümid edirdilər.
Manatın dollara qarşı güclənməsi daha böyük maliyyə itkilərinə gətirib çıxara bilər və insanlar hansı istiqamətdə hərəkət etmək lazım olduğunu anlamalıdırlar.
Bazar iştirakçıları düzgün istiqaməti tapmaqda çətinlik çəkirlər, axı pulları hansısa bir valyutada saxlamaq çox risklidir, istənilən vaxt son günlərdə olduğu kimi, kursu “aşağı sala” bilərlər.
Qızıla gəlincə, onun qiymət artımının dünya bazarı ilə qətiyyən əlaqəsi yoxdur, dünya bazarında qızılın qiymətinin kiçik də olsa düşməsi müşahidə olunur. Azərbaycanda isə əksinə, kəskin sıçrayış - təxminən iki dəfə bahalaşma nəzərə çarpır.
Ekspertlər əmindirlər ki, bu, həm manatın devalvasiyası, həm də qızılın ölkəyə idxalı üçün gömrük rüsumunun böyük artımı ilə bağlıdır.
Əhalinin artıq praktiki olaraq, bahalı metallar almadığını və əksinə, qızıl-bəzək əşyalarını satdıqlarını nəzərə alsaq, bazarda hər hansı bir stabillik haqqında danışmağın yeri yoxdur.
İnvestorlar belə bir vəziyyətdə çaşqınlıq içərisində bazarda hər hansı bir stabilləşməni gözləyirlər.
Lakin bütün dövrlərdə inflyasiyadan qurtuluşun “sxemlərindən” vərdiş etdiyimizdən biri – mülk (daşınmaz əmlak) hələ də kapitalı saxlamaq və artırmaq üçün ən sərfəli investisiya qoyuluşudur.
Qiymətlər bahalaşacaq
Ekspertlər bir məsələdə həmfikirdirlər - daşınmaz əmlak bazarında alıcıların zamanı başlayıb. Bu, onunla əlaqədardır ki, artıq evlərin qiyməti mümkün olan minimuma çatıb və ondan aşağı düşməyəcək. Amma yaxın zamanlarda qiymətin yüksəlməsi də mümkündür, çünki əsasən başqa ölkələrdən xarici valyutada alınan tikinti materiallarının qiyməti çox sürətlə artır.
Daşınmaz əmlak bazarı 1998-ci ildə böhrandan sonra təqribən elə bu ssenari üzrə inkişaf etmişdi. O vaxt da mənzillərin qiyməti qısa müddət ərzində nəinki böhrandan öncəki səviyyəyə çatmış, hətta sürətlə artmağa başlamışdı.
“Daşınmaz əmlakın qiyməti indi stabilləşir, yeni tikililərdə keyfiyyətli mənzillərin qiymətinin daha da düşməsini gözləməyə dəyməz. Hətta, qiymətin tədricən artması da mümkündür.
Buna görə söyləmək olar ki, bu gün ev almaq üçün ən optimal şərait yaranıb.
Bundan əlavə, yeni tikililər bazarında kifayət qədər yüksək rəqabət müşahidə olunur. Təkliflər çoxdur, bu da alıcının diqqətini istifadə olunan materialın keyfiyyətinə yönəltməyə imkan verir”, - MBA LTD konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov belə hesab edir.
Onun fikrincə, ev iqtisadi situasiyadan asılı olmayan baza aktividir:
“Böhran inflyasiyaya aparır, evin qiyməti isə hər bir halda bu inflyasiya ilə birlikdə artır. Buna baxmayaraq, yenə də fond bazarları ilə müqayisədə daşınmaz əmlak bazarı kifayət qədər stabildir və pulu saxlamağın ən yaxşı vasitəsidir. Bu gün sərmayənizi mənzil alınmasına qoymaqla, siz qənaət etdiyiniz pulları dəqiq itirməyəcək, saxlayacaq və ola bilsin ki, artıracaqsınız.
Bu gün əmlak bazarında sərfəli qiymətlə mənzil almağın yaxşı variantını seçməyə imkan verən təkliflər çoxdur. İnşaatçılar çevik qiymət siyasətini yürüdür, maraqlı aksiyalar və endirimlər təklif edirlər”, - ekspert vurğulayır.
Təzə və köhnə ev: hansı daha yaxşıdır?
Mütəxəssislərin fikrincə, bu gün biznes-klass seqmentində təzə ev ən böyük likvidliyə (satışa) malikdir. Bunun səbəbi çoxdur: yeni tikililərdə mənzillər müasir material və texnologiyalardan istifadə etməklə tikilir.
Siz nüfuzlu və məsuliyyətli inşaat şirkətini seçsəniz, köhnə evlərin sakinlərinə yaxşı məlum olan - axan dam, yırtılmış boru, malası tökülmüş blok kimi problemlərlə üzləşməyəcəksiniz. Yeni, köhnəlməmiş mühəndis şəbəkə və kommunikasiyaları, liftlər, fasad, dam örtüyü uzun illər sizi bu cür “başağrısından” azad edəcək.
Yeni tikilidən mənzil almağın əsas üstünlüyü isə müasir planlaşdırma və mənzilin rahatlığından ibarətdir, bunu köhnə binalardakı mənzillər haqqında isə demək olmaz. Bundan başqa, yeni tikililərin əksəriyyəti bu gün abadlaşdırılmış ərazisi ilə birlikdə təhvil verilir, bu da mənzil seçimi zamanı çox vacibdir.
Bundan əlavə, mənzilin alınması barədə inşaat şirkəti ilə çoxmənzilli binanın tikintisi zamanı müqavilə bağlandıqda mənzilin hər kvadratmetri sizə ev istismara buraxıldıqdan sonrakına nisbətən dəfələrlə ucuz başa gələcək.
Müvafiq olaraq, mənzilin qiyməti artacaq və öz sərmayənizi yeni evə düzgün şəkildə qoymaqla, siz 30%-dək illik gəlir əldə edə biləcəksiniz.
Lakin pulun tikintinin ilk mərhələlərində qoyulması bütün böyük sazişlərdə olduğu kimi, müəyyən risklərlə bağlıdır. Buna görə yeni tikili bazarında mənzil alarkən bəzi tövsiyələrə əməl etmək lazımdır:
1. Bunlardan birincisi və ən vacibi - tikinti şirkətinin nüfuzudur. Əgər şirkətin hesabında bir çox uğurlu layihə varsa və o, kifayət qədər tanınmışdırsa, bu, sizin evinizin müvəffəqiyyətlə tikilib başa çatacağına zəmanət verir.
Bu tikinti şirkətinin başqa daşınmaz əmlak obyektlərinin tikintisi zamanı problemlərin olub-olmadığını öyrənməyə çalışın.
2. Mütləq şirkətin tikinti üçün icazə sənədlərinin, tikintinin aparıldığı torpaq sahəsindən istifadə üçün əsasının olduğuna əmin olun.
3. Tikintinin təminatı üçün arxitektura, funksional-texnoloji, konstruktiv və mühəndis-texniki icraları müəyyən edən layihə sənədləşməsinin dövlət ekspertizasının nəticəsi ilə tanış olun.
4. Layihə sənədləri, tikinti materiallarının keyfiyyət sertifikatları və baş podratçıların tikinti işlərinin icra edilməsinə dair lisenziyaları ilə tanış olun.
Əgər bütün bu qaydalara əməl edilərsə, onda ilkin (təzə tikili bazarından) bazardan mənzilin əldə edilməsi - “qiymət – keyfiyyət – satış” nisbəti baxımından ən doğru seçim olacaq.
Mənzil almağa fürsət tapmayan artıq gecikib!
Ekspertlərin əksəriyyətinin fikrincə, mənzillərin qiymətlərinin “son həddə” qədər düşməsini gözləməyə, mənzil almağı uzatmağa dəyməz, çünki yaxın zamanlarda binatikənlər evlərin qiymətlərini artırmağa məcbur olacaqlar.
Bundan başqa, ən sərfəli təkliflər çox tez reallaşır, bu da o deməkdir ki, bazarda yaranmış bu situasiyadan vaxtında yararlanmaq lazımdır. Bununla əlaqədar olaraq, hazırda tikintisi davam edən “Panorama Park” yaşayış kompleksi barəsində danışmaq yerinə düşərdi. Bu kompleksin tikintisini Azərbaycanda bina inşaatı sektorunda yüksək keyfiyyəti ilə fərqlənən “Alians Development” şirkətinin peşəkar komandası aparır.
“Panorama Park” yaşayış kompleksi keyfiyyət menecmenti sistemlərinin Beynəlxalq standartlarına uyğundur, o, Gəncə və Nobel prospektlərinin kəsişməsində yerləşir, böyük nəqliyyat yollarına yaxınlığına baxmayaraq, kompleksin daxilində sakit və rahat atmosfer mövcuddur, baxımlı qazonlara, çiçək ləklərinə və landşaft dizaynına malik həyətinin ərazisi isə buradakı yaşamı daha da cazibədar edir. “Panorama Park” mənzillərinin pəncərələrindən Bakı körfəzinə çox gözəl mənzərə açılır.
“Panorama Park”da vətəndaşların arzusuna uyğun olaraq müxtəlif ölçülərdə və müxtəlif istiqamətlərdə 1, 2, 3, 4, 5 otaqlı mənzillər əldə etmək olar.
Siz buradan həm təmirsiz, həm də öz zövqünüzə görə ən yüksək səviyyədə təmir olunmuş yaşayış sahəsi əldə edə bilərsiniz. Bütün tikinti və təmir işlərinə, həmçinin pəncərə və giriş qapılarına zəmanət verilir.
Sakinlərin rahat yaşaması üçün kompleksdə hər cür şərait yaradılmışdır: 450 avtomobil üçün nəzərdə tutulmuş ikimərtəbəli avtomobil parkı, mağaza, uşaq bağçası, uşaqlar və böyüklər üçün oyun və idman meydançaları, idman və fitnes zalları, gözəllik salonu, SPA.
Bütün ictimai məkan, ev və avtomobil dayanacağı videomüşahidə vasitələri ilə təchiz edilmişdir, sizin təhlükəsizliyinizin qayğısına isə sutka boyu göstərilən mühafizə xidməti qalır. Kompleks 2017-ci ilin mayında təmirə veriləcək.
Obyektin tikintisi istiliyi və səsi izolyasiya edən əla xüsusiyyətlərə malik ən yaxşı tikinti materiallarından istifadə etməklə, müasir qabaqcıl texnologiyalar üzrə aparılır. Yaşayış kompleksinin binaları isə olduqca gözəl dizaynı və möhtəşəm zahiri görünüşü ilə fərqlənir.
Rahat planlaşdırma, müasir havalandırma, su təchizatı və istilik sistemləri, işıqlı və geniş bloklar, sürətli və səssiz UPS liftlər... Bu, praktiki olaraq, xəyalını qurduğunuz bir evdir və siz buradan olduqca əlverişli şərtlərlə mənzil əldə edə bilərsiniz.
Həmçinin dəyərin yarısını ilkin ödəməklə və heç bir faizsiz 50 aylıq müddətə qədər daxili kredit də təklif edilir! İnşaat şirkətinin etibarlılığı bütün zəruri sənədlərin mövcudluğuna zəmanət verir, həmçinin tikinti materiallarının keyfiyyəti və aparılan ekspertizalar məsələlərində tam açıqlığı (şəffaflığı) təmin edir.
“Panorama Park” yaşayış kompleksindən mənzil almanız Sizi rahatlıq, etibarlılıq, nüfuz və sərfəli vəsait qoyuluşu ilə təmin edəcək.
Əlavə məlumatı bu telefon nömrələri üzrə: (+99455) 400 27 17 / 400 27 19 / *2727 və aşağıdakı internet səhifələrindən əldə edə bilərsiniz:
https://www.facebook.com/alians.baku/
https://www.facebook.com/panoramaparkbaku/
http://alians.az/
http://panoramapark.az/az/
U.A.
www.oxu.az