Avropa İttifaqı Azərbaycana yeni tikinti standartları diktə edir.
Oxu.Az abc.az-a istinadən bidirir ki, bu haqda məlumat informasiya mənbələrindən məlum olub.
Mənbənin verdiyi məlumata görə, Aİ Azərbaycanın Fövqəladə Hallar Nazirliyi üçün tikinti işləri zamanı təhlükəsizlik və lazımi tələblərə müvafiqliyə nəzarət üçün twinning-layihəyə başlayacaq.
“Layihə çərçivəsində Azərbaycana binalarda enerjiyə qənaət və energetik effektivliyin də daxil olduğu yeni tikinti standartları təklif ediləcək” – deyə, mənbə bildirib.
Aİ-nin yeni twinning-layihəsi 2014-cü ildə başlayacaq.
Mənbənin qeyd etdiyi kimi, Avropa standartları Azərbaycanda iqlim göstəricilərinə görə qeyri-effektiv ola bilər.
Belə ki, günəş radiasiyasının göstəriciləri avropada olduğundan qat-qat üstündür, bu isə öz növbəsində istifadə edilən tikinti materiallarında neqativ hal yaradır (günəşli havada, hətta ən yüksəktemperatura davamlı plastik material əriyir).
Sahilyanı ərazilərdə güclü külək olur, bu, tikilinin konstruktiv mükəmməlliyini tələb edir, torpağın şoranlığı isə AB-də olduğundan 3-10 dəfə artıqdır.
Bundan başqa, 2013-2014-cü ilin qışı göstərdi ki, Azərbaycanda iqlim 20 dərəcə selsidən ortalama və temperatur rejiminin genişlənməsi ilə müşahidə edilir.