Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi dəyişdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında qərarında bildirilir.
Yeni dəyişikliyə əsasən, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov Nəqliyyat Nazirliyinin Kollegiyasının tərkibindən çıxarılıb və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Nəqliyyat Nazirliyinin Kollegiyasının tərkibinə daxil edilib.
Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikası Dövlət orqanlarının fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə funksiyaları”nın 16-cı hissəsində “Xəzər Gəmiçiliyi İdarəsi” sözləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sözləri ilə əvəz edilib.