Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu bu gün son zamanların ən mühüm arxeoloji tapıntısını təqdim edib. Onların arasında qızıl buğa da (daha dəqiq başı) olub.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, təqdimatda AMEA-nın, Mədəniyyət və Turizm Nazirliyinin, Fransız milli tədqiqat mərkəzinin rəhbərliyi iştirak edib.
“Dəyərli artefaktların milli və dünya arxeologiya elmi üçün böyük əhəmiyyəti var. Onların bir hissəsinin strateji mənası var”, - məlumatda deyilir.
Arxeoloqların işini AMEA-nın prezidenti Akif Əlizadə yüksək qiymətləndirib.