Azərbaycan Dəmir Yolunun vaqon parkının yenilənməsinə böyük ehtiyac var.
Oxu.Az xəbər verir ki, bu barədə AzərTAc-a müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Nadir Əzməmmədov, həmçinin qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Rusiya Federasiyasının “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının nümayəndə heyəti ilə keçirilən görüşdə də əsas məqsəd bu ölkədən yük vaqonlarının alınması vəziyyətini araşdırmaq idi. Moskva şəhərində Azərbaycan və Rusiya dəmir yolu rəhbərləri arasında keçirilən ikitərəfli görüşdə də bu məsələ müzakirə olundu.
Danışıqların nəticəsi olaraq “Uralvaqonzavod”dan 29 00 ədəd müxtəlif təmayüllü yük vaqonunun alınması qərara alındı. “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi müxtəlif təmayüllü vaqonların ilk hissəsi ölkəmizə gəlmək üzrədir.
E.Ə.
www.oxu.az