2013-cü ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin gəlirləri 7,7% artaraq 29,1 milyard manat təşkil edib.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Dövlət Statstika Komitəsinə istinadən xəbər verir ki, bu vaxt ərzində hər nəfərə düşən gəlirlər 6.4% yüksələrək 3 130.1 manata və ya orta hesabla ayda 313 manata çatıb.
Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-sentyabr aylarında 2012-ci ilin müvafiq dövrünə nisbətən 6.9% artaraq 415 manat olub.