Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan İFC ilə COP29-da iqlim maliyyəsi üzrə ümumi öhdəlikləri müzakirə edib
Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası ilə (İFC) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində müəyyənləşdirilmiş hədəflər və iqlim maliyyəsi üzrə ümumi öhdəliklərlə bağlı məsələlər müzakirə edib.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müzakirələr Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İFC-nin iqlim biznesi üzrə qlobal direktoru Cemi Fergüsson arasında keçirilən görüşdə aparılıb.
M. Cabbarov C. Fergüssonla videokonfrans formatında görüş keçirib.
Görüşdə Azərbaycanda keçiriləcək COP29 tədbiri, "yaşıl" keçid, sahibkarlığın inkişafı məsələləri nəzərdən keçirilib.
Tərəflər COP29 çərçivəsində müəyyənləşdirilmiş hədəflər, iqlim maliyyəsi üzrə ümumi öhdəliklər və digər potensial əməkdaşlıq sahələrini müzakirə ediblər.
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda beş ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
- Prezident AAYDA-ya 1,5 milyon manat ayırdı
- Büdcə uğurla icra olunur, lakin risk mövcuddur...
- Dövlət layihələrində vergi pozuntuları - Podratçı və subpodratçılara ciddi XƏBƏRDARLIQ
- Selim Güven: "Xəzərin suyunun duzsuzlaşdırılmasına 400 milyonluq sərmayə yatırmaq planlaşdırılır"