Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2018-ci ildə Azərbaycanda iqtisadiyyatın artımını 2% səviyyəsində proqnozlaşdırıb.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu proqnoz “Regional Economic Prospects”in yenilənmiş hesabatında qeyd edilib.
Bankın analitikləri qeyd ediblər ki, 2017-ci ilin əvvəlindən manatın məzənnəsi stabilləşməyə başlayıb.
Həmçinin Azərbaycanın hələ də 37,1 milyard dollar səviyyəsində likvidlik buferinə malik olması da xüsusi vurğulanıb.
U.A.
www.oxu.az