İyun 4 –də “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 64,86 dollar olub.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.
SOCAR qeyd edir ki, “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,04 dollar yaxud 1,58% ucuzlaşıb.
Xatırladaq ki, iyunun 3-nə olan məlumata görə, Azərbaycan neftinin qiyməti 65.90 dollar təşkil edib.
Ülviyyə R. Əli
www.oxu.az