Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan rəsmiləri Davosda Rikardo Hausmanla görüşüblər
"Dövlət başçısının Davos İqtisadi Forumunda iştirakı çərçivəsində Prezidentin köməkçisi Şahmar Mövsümov və Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov ilə birlikdə Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinin direktoru Rikardo Hausman ilə növbəti dəfə görüşməkdən məmnun olduq".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında yazıb.
"İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin COP29 çərçivəsində səmərəli əməkdaşlığı, dayanıqlı iqtisadiyyatın təşviqi sahəsində aparılan təhlillərin əhəmiyyəti, birgə təşəbbüslər və növbəti addımlar barədə danışdıq", - nazir əlavə edib.
Dövlət başçısının Davos İqtisadi Forumunda (@wef) iştirakı çərçivəsində Prezidentin köməkçisi Şahmar Mövsümov (@ShahmarM) və Dövlət Neft Fondunun (@SOFAZOfficial) icraçı direktoru İsrafil Məmmədov ilə birlikdə @Harvard Universitetinin "Growth Lab" (@HarvardGrwthLab) Beynəlxalq… pic.twitter.com/Uw3LIjx5iO
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 21, 2025
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov "Boston Consulting Group"un idarəedici direktoru ilə görüşüb
- Nazir: "Daxildə emal xüsusi gömrük prosedurunun tətbiqi ilə ixrac olunan məhsulların həcmi artıb"
- DİF və İqtisadiyyat Nazirliyi arasında Akselerator Platforması ilə bağlı Niyyət Məktubu imzalanıb
- Mikayıl Cabbarov Sunniya Durrani-Camal ilə görüşüb
- Mikayıl Cabbarov vergi orqanlarının əməkdaşları ilə görüşüb