2015-ci ilin yanvar ayının göstəricilərinə əsasən, Azərbaycan Rusiyaya satdığı məhsulun miqdarını təxminən 40 milyon dollar və ya 59% azaldıb.
Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, ixrac azalsa da, idxal artıb.
2014-cü ilin yanvar ayında Rusiyadan alınan məhsulun ümumi miqdarı 79 milyon 867,13 min dollar təşkil edib, bu da ümumi idxalın 14,92%-i deməkdir. 2015-ci ilin yanvar ayının göstəricilərinə görə isə, Rusiya ilə 97 milyon 187,14 min dollarlıq idxal əməliyyatı həyata keçirilib ki, bu da ümumi idxalın 16,92%-ni təşkil edir. Ümumilikdə bir il ərzində Rusiya ilə olan idxalın ümumi həcmi 18 milyon dollar və ya 17% artıb.
Məlumatda qeyd olunur ki, qonşu ölkə ilə ticarət dövriyyəsi 2015-ci ilin yanvar ayında 124 milyon 363,57 min dollar təşkil edib ki, bu da ümumi dövriyyənin 6,71%-i deməkdir.